Şəmkirdə mağazada 42 yaşlı kişi bıçaqlanıb. Bu barədə 9 noyabr tarixində Report məlumat verib.
Hadisə Şəmkir şəhərinin 5-ci küçəsində fəaliyyət göstərən paltar mağazalarının birində qeydə alınıb. Belə ki, 1980-ci il təvəllüdlü R.Zeynalov mübahisə zəminində bıçaqlanıb.
O, iki bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və cərrahiyyə əməliyyatı edilib.
Zərərçəkənin vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.