Şəmkirdə yanğın olub. Bu barədə 22 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Belə ki, ümumi sahəsi 150 kvadratmetr olan talvarın tavanı və altında dayanan “Porsche” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Talvarın qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.