Şəmkir Su Anbarının ərazisində quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb. Bu barədə 14 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Monitorinq zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan Şəmkir rayon sakini Babək Yusifov saxlanılıb.
Onun ovladığı 30-dan çox daban (karas) və sıf balığı, qayıq və digər avadanlıqlar maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı saxlanılan şəxsin təbiətə 1 067 manat miqdarında zərər vurması müəyyən edilib.
B. Yusifov barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.