Şəmkirdə həyat yoldaşını ağır yaralamaqda, qayınanasını isə öldürməkdə təqsirləndirilən İntizam Hüseynova hökm oxunub. O, 20 il müddətinə azadlıqdan məhrum edilib. Bu haqda iyunun 6-da APA məlumat yayıb.
Hadisə ötən il iyul ayının 14-də Şiştəpə kəndində baş verib. Mərhumun kürəkəni aralarında yaranan mübahisə zamanı onu qızının gözü qarşısında xəncərlə öldürüb.
O, həmçinin həyat yoldaşını, qohumunu və azyaşlı oğlanı qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinib.