Şəmkirdə sərnişin avtobusu ilə minik avtomobili toqquşub, 7 nəfər xəsarət alıb. Bu barədə 26 noyabr tarixində Report məlumat verib.
Qəza nəticəsində Əli Quliyev (1959), Nüşabə Qasımova (1959), Cümşüd Mustafayev (1965), Xədicə Abdullayeva (1959), Nazilə Emilova (1981), Eşqin Məmmədov (1995) və daha bir nəfər xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.