Şəmkir Su-Elektrik Stansiyasının əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb. Bu haqda dekabrın 8-də Report xəbər yayıb.
Hadisə şəhərin Müşfiq Qəhrəmanov küçəsində qeydə alınıb. Belə ki, elektrik xətti dirəyində iş zamanı 35 yaşlı İlkin Əhmədovu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.