Şəmkir rayonunda evdə yanğın baş verib. Bu barədə noyabrın 17-də APA xəbər yayıb.
Hadisə Zəyəm Cırdaxan kəndində qeydə alınıb. 24 yaşlı Elmar İsmayılovun yataq ortağında çəkdiyi siqaret yatağa düşüb. Daha sonra evdə yanğın başlayıb.
Nəticədə adıçəkilən şəxs və 18 yaşlı Nərmin Cəfərova yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, Elmar İsmayılov Nərmin Cəfərovanı qaçırıbmış. Cütlüyün 3 gündən sonra toyu olacaqmış.