Şəmkir şəhərində minik avtomobili yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən 3 dekabr tarixində məlumat verilib.
Şəmkir şəhərində "VAZ" markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.