Şəmkir rayonunun Dəllər qəsəbəsində elektrik yarımstansiyasında yanğın olub. Bu barədə noyabrın 30-da FHN-dən məlumat verilib.
Ümumi sahəsi 480 kvadratmetr olan yarımstansiyanın yanar konstruksiyaları, transformatorun yanar hissələri, 7 ədəd yağ açarı və 25 kabel yanıb.
Xəbərə görə, yarımstansiyanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.