Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. Bu barədə 28 dekabr tarixində APA məlumat verib.
Hadisə rayonun Əliyaqublu kəndində qeydə alınıb.
2005-ci il təvəllüdlü Ümid Bayramov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.