Bu gün səhər saatlarında Şəmkir rayonunun Yeni Həyat kənd yolunda naməlum kişi meyiti tapılıb.
Bu barədə noyabrın 17-də APA xəbər yayıb.
İlkin araşdırmalar nəticəsində meyiti tapılan şəxsin 1983-cü il təvəllüdlü Şəmkir rayon sakini Yalçın Məmmədov olması və ilkin tibbi ekspertiza rəyinə əsasən, avtomobil vurması nəticəsində ölməsi müəyyən olunub.
Hazırda hadisəni törətməkdə şübhəli bilinən avtomobil sahibinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.