Şəmkir rayonunda yanğın baş verib. Bu barədə oktyabrın 14-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
İnsident Çaparlı kəndində qeydə alınıb. Nəticədə talvarın yanar konstruksiyaları və 4 ton ot bağlaması kül olub.
Digər yanğın Ağdaş rayonunun Yuxarı Ləki kəndində olub. Hadisə zamanı köməkçi tikili, içərisində 1 ədəd su qızdırıcısı və bitişik olan birmərtəbəli evin dam örtüyü yanıb.
Hər iki yanğın söndürülüb.