Samux sakinində narkotik aşkar olunub. Bu barədə 7 noyabr tarixində APA məlumat verib.
Qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Ruzigar Abdullayev saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “tiryək” aşkar edilib.
Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.