Samuxda qanunsuz olaraq odlu silah və narkotik saxlayan şəxslər saxlanılıblar. Bu barədə Report 6 yanvar tarixində məlumat verib.
Qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Ruzigar Abdullayev rayon ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman 1 ədəd atəşə yararlı “Makarov” markalı tapança, həmin silaha aid 4 ədəd atəşə yararlı 9 mm-lik patron və 1 ədəd sandıqça aşkar edilərək götürülüb.
Bundan başqa, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Omran Kulaib və Elşad İsrafilov saxlanılıblar.
Saxlanılan şəxslərin üzərlərindən narkotik maddə olan “metamfetamin” aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
[caption id="attachment_100598" align="alignnone" width="640"]
Foto Report.az saytı[/caption]