2022-ci ilin yanvar-oktyabr aylarında Sahibkarlığın İnkişafı Fondu 2 195 layihənin maliyyələşdirilməsinə 105,6 milyon manat güzəştli kredit verib.
Bu barədə 14 noyabr tarixində Fond məlumat verib.
Məlumata görə, verilmiş kreditlər hesabına 2 320 yeni iş yerinin yaradılması nəzərdə tutulur.