Siyəzən rayonunun Beşdam kəndi ərazisində qanunsuz ov edənlər müəyyən ediliblər. Bu barədə APA 2 dekabr tarixində məlumat verib.
Həmin şəxslər Siyəzən rayon sakinləri Pərviz Xankişiyev və Anar Babayevdir. A.Babayevdən bir ədəd sənədsiz 16 kalibrli "TOZ" markalı, qoşa lüləli ov tüfəngi götürülüb.
Hazırda həmin məsələ ilə bağlı RPŞ-nin Təhqiqat qrupunda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, sosial şəbəkədə adları açıqlanmayan şəxslərin qanunsuz ov etməsi iddiası ilə bağlı fotoları yayılıb.
Onların qu quşu ovladığı bildirilir.
[URIS id=96527]