Siyəzəndə taxıl anbarının genişləndirilməsi üçün 2 milyon manat güzəştli kredit ayrılıb.
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Siyəzən rayonunda taxıl anbarı kompleksinin genişləndirilməsi üçün 2 milyon manat kredit ayırıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də bildirib.
Onun sözlərinə görə, güzəştli kredit sahibkar Vüqar Qardaşova verilib.