Valideynlərdən biri albinosdursa, onların övladlarının albinos olması ehtimalı yoxdur. Bu barədə 13 iyun tarixində APA Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti dermatoveneroloq Vahid Mahmudova istinadən məlumat verib.
Onun sözlərinə görə, albinizm patologiyası hamiləlik dövründə müəyyən edilə bilir.
Vahid Mahmudov bildirib ki, hər iki valideyn albinosdursa və ya tərəflərdən biri albinos, biri daşıyıcıdırsa, onların övladlarının albinos olmasına 25% ehtimal var.
“Uşağın albinos olması üçün hər iki tərəfdə bu genin olması lazımdır”, - deyə mütəxəssis əlavə edib.