Sosial şəbəkədə vətəndaşı şantaj etməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə dekabrın 6-da Report xəbər yayıb.
Belə ki, polisə bir nəfərin barəsində sosial şəbəkədə rüsvayedici məlumatlar yayılacağı ilə hədələnərək 2 000 manatının alınması barədə məlumat daxil olub.
Hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Ağdaş rayon sakini Əhməd Əzizov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin “hədə-qorxu ilə tələb etmə” maddəsi ilə cinayət işi başlanılıb.