"Opel" və “Toyota” markalı iki minik avtomobili toqquşub, 1 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Bu barədə 14 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
“Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib”, - məlumatda bildirilib.