Dünən, mayın 12-də Rumıniyanın paytaxtı Buxarest şəhərində şahmat üzrə Grand Chess Tour turnirinin ilk mərhələsinin (Superbet Chess Classic Romania) 7-ci turunun oyunları keçirilib.
Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı şahmatçı Yan Nepomnyaşiyə qalib gəlib. Beləliklə, 7 turdan sonra 3 xal yığan şahmatçımız turnir cədvəlində 8-ci yerə yüksəlib. Bu gün Şəhriyar ABŞ şahmatçısı Lenyer Dominqeslə qarşılaşacaq.
Superbet Chess Classic Romania turniri mayın 14-dək davam edəcək. Turnirin ümumi mükafat fondu 350 min dollar təşkil edir. Qeyd edək ki, turnirin ötənilki qalibi Şəhriyar Məmmədyarov olub.