1767 nəfər - şəhid ailə üzvü, qazi, müharibə iştirakçısı, hərbçi və onların ailə üzvləri Təhsil Nazirliyinə tabe müəssisələrdə işlə təmin olunublar. Bu barədə 17 iyun tarixində Nazirlik məlumat verib.
Bildirilib ki, onlardan 408 nəfəri cari ildə işə qəbul edilənlərdir.
Qeyd olunub ki, 2021-ci ildən 2022-ci ilin birinci yarısınadək 232 nəfər dövlət ümumi təhsil müəssisəsinə direktor vəzifəsinə təyin olunub.