Binəqədi rayonunda müxtəlif vaxtlarda taksi sürücülərinə qarşı soyğunçuluq edilib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 29 noyabr tarixində xəbər verir.
Taksilərə müştəri kimi əyləşəndən sonra sürücülərin mobil telefonlarını müxtəlif qanunsuz yollarla ələ keçirərək hadisə yerindən uzaqlaşmaqda şübhəli bilinən Tural Binyətov saxlanılıb.
Faktlarla bağlı toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib.
[caption id="attachment_96135" align="alignnone" width="300"]
Foto DİN-in rəsmi Youtube kanalı[/caption]