"Firefly Aerospace" və ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) tarixdə ilk dəfə olaraq Ay üzərində gün batımının yüksəkkeyfiyyətli şəkillərini yayımlayıb.
İnsanoid.com xəbər verir ki, unikal kadrlar "Blue Ghost" aparatı tərəfindən çəkilib.
Şəkillərdən birində uzaqda Venera da görünür.
Xatırladaq ki, "Blue Ghost" şaquli vəziyyətdə Aya uğurla enən və missiyasını tam həcmdə yerinə yetirən ilk zond olub. O Ay gecəsi başlayandan sonra daha beş saat şəkil çəkib və elmi məlumatlar toplayıb.
[gallery columns="2" link="file" size="full" ids="220460,220461"]