Tərtərdə 10 gün qabaq qəzaya düşən sürücü xəstəxanada ölüb. Bu barədə noyabrın 16-da APA xəbər yayıb.
Hadisə noyabrın 5-də Zolgörən kəndi ərazisində baş verib. Məhəmməd Nəbiyev sərxoş vəziyyətdə idarə etdiyi "Azsamand" markalı avtomobillə yolun kənarındakı ağaca çarpılıb.
Nəticədə o və maşında olan sərnişin xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb.