Tərtərdə 21 yaşlı gənci bıçaqla öldürən şəxsin məhkəməsi başlayır. Bu barədə iyunun 6-da Baş Prokurorluq məlumat yayıb.
Hadisə cari ilin fevral ayında qeydə alınıb. 18 yaşlı İlkin Nəzərov əyani olaraq tanımadığı Elgün Qurbanlı ilə aralarında yaranmış mübahisə zamanı sonuncuya bıçaqla xəsarət yetirərək onu öldürüb.
İlkin Nəzərov “qəsdən adam öldürmə” maddəsilə ittiham edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün məhkəməyə göndərilib.