Tovuzda zəhərlənmə faktı qeydə alınıb. Bu barədə 13 dekabr tarixində APA məlumat verib.
Hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Gülüzar Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, 34 yaşlı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.