Tovuzda ölüm və xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu barədə 15 dekabr tarixində Report məlumat verir.
Hadisə "mal bazarı" adlanan ərazidə qeydə alınıb. "QAZ-24" markalı avtomobilin aşması nəticəsində 21 yaşlı Hümbət Əliyev dünyasını dəyişib.
Həmçinin qəza zamanı 56 yaşlı Ramiz Aslanov, 65 yaşlı Göyçək Əliyeva, 39 yaşlı Ramil Alıyev və 25 yaşlı Asəf Orucov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.