Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə məlumatı Apa-ya istinadən veririk.
Hadisə rayonun giriş hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Zil" markalı su maşını ilə minik maşını toqquşub. Qəza nəticəsində bir nəfər xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.