Tovuzda avtomobil işıq dirəyinə çarpılıb. Bu haqda noyabrın 14-də APA xəbər yayıb.
Hadisə rayonun Hunanlar kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ " markalı minik maşını yol kənarındakı işıq dirəyinə çarpılıb.
Nəticədə 20 yaşlı Vüsal Rzayev hadisə yerində ölüb, 23 yaşll Kənan İsmayılov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.