Tovuzda zəhərlənmə faktı qeydə alınıb. Bu barədə 5 yanvar tarixində APA məlumat verib.
Hadisə rayonun İbrahimhacılı kəndində baş verib.
Kənd sakini olan qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.