Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə noyabrın 29-da APA xəbər verib.
Hadisə rayonun Qovlar şəhərində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik maşını ilə "VAZ" markalı avtomobil toqquşub. Qəza zamanı üç nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.