Tovuzun Hunanlar kəndində becərilən yerkökünün böyük qismi xaricə ixrac edilir. Bu haqda iyunun 6-da Azərtac reportaj hazırlayıb.
Məlumatda deyilir ki, kəndlilər illərdir ki, bu işlə məşğul olurlar. Məhsul həm yerli bazarın tələbatını ödəyir, həm də xarici bazarlara göndərilir. Sakinlərin sözlərinə görə, bu il yerkökünün qiyməti keçən ildən bir qədər bahadır.
“Hazırda kökün kilosunu 60 qəpikdən satırıq. Məhsulumuz Rusiya və Belarus bazarlarına aparılır”, - deyə uzun illər yerkökü becərən sakinlərdən biri Allahverdi Məmmədov söyləyib.
Məhsulu fermerlərdən alıb xaricə satışını həyata keçirən alıcılar da vəziyyətdən razıdırlar: “Hər gün xarici bazara, Rusiyaya yük maşını yola salırıq. Ticarətimiz normal gedir. Kökün satışında da vəziyyət yaxşıdır. Yerində 60-70 qəpiyə alırıq. İxrac prosesi iyunun 15-nə qədər davam edəcək”.
Qeyd edək ki, yerkökünün yığımı yayın ortalarına qədər davam edəcək.
[URIS id=51821]