Şəkidə avtoxuliqanlıq edən sürücü inzibati məsuliyyətə cəlb olunub. Bu barədə noyabrın 14-də Report məlumat yayıb.
Belə ki, rayon sakini Fuad Cəfərzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə dostunun toy karvanında yol hərəkəti qaydalarını, ictimai asayişi nümayişkaranə şəkildə pozub. O, həmçinin avtomobilinə sayrışan işıqlar və saxta nömrə nişanı quraşdırıb.
Sonradan onun etdiyi avtoxuliqanlıq hərəkətləri sosial şəbəkələrdə paylaşılıb.
Həmin şəxs sürücülük hüququ bir il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.