Ucar xəstəxanasının qarşısında intihara cəhdin qarşısı alınıb. Bu barədə13 dekabr tarixində Report məlumat verib.
Dekabrın 10-da Ucar rayon sakini O.Ələkbərov Rayon Mərkəzi Xəstəxanasının qarşısında üzləşdiyi problemlə bağlı özünü yandırmağa cəhd edib. Onun bu cəhdinin qarşısı həmin ərazidə xidmət aparan Ucar Rayon Polis Şöbəsinin (RPŞ) PPXB-nin əməkdaşları tərəfindən alınıb və vətəndaş polis şöbəsinə gətirilərək problemləri dinlənilib.
O. Ələkbərovu narahat edən məsələ ilə bağlı RPŞ-nin Təhqiqat Bölməsində ilkin araşdırmalar aparılıb və toplanmış materiallar aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib.