Ucar rayonunda yetkinlik yaşına çatmayan qızın toy mərasimi olub. Bu barədə 19 dekabr tarixində Report məlumat verib.
Toy şənliyi dekabrın 17-də rayonun Qaracallı kəndində təşkil edilib. Belə ki, kənd sakini olan 16 yaşlı qız (yetkinlik yaşına çatmadığı üçün adı göstərilmir) həmkəndlisi Qəribxan Lətifova ərə verilib.
Məlumata görə, bir həftə əvvəl cütlüyün qız toyu olub.
Araşdırmalara başlanılıb.