Ucar rayonunda 5 otaqlı fərdi yaşayış evində yanğın olub. Bu barədə İnsanoid Apa-ya istinadən bu gün, 15 dekabr tarixində xəbər verir.
Hadisə Məlikballı kəndində qeydə alınıb. Rayon sakini, 48 yaşlı Arzu İsmayılova məxsus ümumi sahəsi 300 kv.metr olan tikilinin 40 kv.metrlik bir otağı və çardaq hissəsi yanıb. Tikilinin qalan hissəsi əraziyə cəlb olunmuş FHN-in əməkdaşları tərəfindən yanğından mühafizə olunub. Alov söndürülüb.
Fakt araşdırılır.