Ucar rayonunda yanğın hadisəsi qeydə alınıb. Bu barədə 12 dekabr tarixində FHN-nin Mətbuat xidməti məlumat verib.
Rayonun Bağban kəndində ümumi sahəsi 100 kv.m olan birmərtəbəli evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 24 kv.m sahədə yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edildikdən sonra yanğın söndürülüb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.