Ucarda fərdi yaşayış evində yanğın olub. Bu haqda noyabrın 24-də APA xəbər verib.
Hadisə bu gün gündüz saatlarında rayonun Müsüslü kəndində qeydə alınıb.
Kənd sakini, 1958-ci il təvəllüdlü Elşad Azad oğlu Azadova məxsus ikimərtəbəli evdə güclü yanğın baş verib.
Hadisə zamanı evin ikinci mərtəbəsi və çardaq hissəsi tamamilə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın zamanı ev sahibi E.Azadov yanıq xəsarəti alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.