Şəmkir rayonunda qonşular arasında dava olub, bir nəfər bıçaqlanıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 6 yanvar tarixində xəbər verir.
Rayonun "Yeni yol" adlanan yaşayış massivində mübahisə zəminində 27 yaşlı C.Şahbazov qonşusu tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs mübahisə zəminində C.Şahbazovun ata və anasına da yüngül xəsarətlər yetirib.
Hadisənin başvermə səbəbləri hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.