Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış “myGov” şəxsi kabinet əsaslı portaldan vətəndaşlar bir çox bildirişlər ala biləcəklər.
Bu barədə 15 noyabr tarixində Report Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərova istinadən məlumat verib.
Onun sözlərinə görə, artıq insanlar yaxın vaxtlarda telefonlarına müxtəlif bildirişlər alacaqlar: "Bu bildirişlər sənədlərinin, şəxsiyyət vəsiqələrinin vaxtlarının bitməsi ilə bağlıdır. “myGov” elektron hökumət portalının istifadəçilərinin sayı 1 milyonu keçib".
F.Cəfərov bildirib ki, bu gün ən böyük layihələrimizdən biri olan "ASAN login"də 2,5 milyon istifadəçimiz var: "Biz süni intellektə bənzəyən qeydiyyat sistemi düzəltmişik. Biz "Google"un, "Facebook"un xidmətlərini tətbiq etməyə çalışırıq".