Tezliklə “WhatsApp” istifadəçilərinə səsli mesajları status kimi dərc etməyə icazə veriləcək. Bu barədə 26 noyabr tarixində BAKU.WS məlumat verib.
Belə ki, bu funksiya artıq “Android” üçün sınaqdan keçirilib.
Bu dəfə yenilik tətbiqin “iOS” üçün ən son beta versiyasında tapılıb.
Qeyd olunur ki, statusda 30 saniyəyə qədər səsli qeydləri dərc etmək mümkün olacaq. Bu halda istifadəçilərə statusa mətn də əlavə etmək imkanı veriləcək.
Yeniliyin mesencerin sabit versiyasının istifadəçiləri üçün nə zaman əlçatan olacağı məlum deyil.