Xaçmaz sakini dəm qazından zəhərlənərək ölüb. Bu barədə 14 dekabr tarixində APA məlumat verib.
Hadisə rayonun Ləcət qəsəbəsində qeydə alınıb. Kənd sakini, 33 yaşlı İlsun Əliyev dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.