Xaçmaz rayonunun Çarxı kəndində 38 yaşlı şəxs tanışı tərəfindən bıçaqlanıb. Bu barədə iyunun 7-də Report məlumat verib.
Bıçaqlanan sakin Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı ona sağ çiyinin kəsilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma davam edir.