Balet ustası, Xalq artisti Tamilla Şirəliyeva Qurd qapısı qəbiristanlığında dəfn ediləcək.
İnsanoid.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mərhumla əvvəlcə saat 10:30-də Təzə Pir məscidində vida mərasimi olacaq.
Ardınca cənazə dəfn edilmək üçün Qurd qapısı qəpiristanlığına aparılacaq.
Qeyd edək ki, görkəmli balet ustası, pedaqoq, Xalq artisti, Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva 12 mart 2025-ci il tarixində, ömrünün 79-cu ilində vəfat edib.