Xəzər dənizinin Xaçmaz sahilində balıqçı qayığı aşıb. Bu barədə 13 dekabr tarixində APA məlumat verib.
Hadisə Nabran kəndi ərazisində qeydə alınıb. Balıq tutmaq məqsədilə suya girən balıqçı qayığı sahildən 150 metr aralıda aşıb.
Qayıqda olan 4 nəfərdən 3-ü üzərək sudan çıxıb. Şabran rayon sakini, 1961-ci il təvəllüdlü Yusif Sultanov isə boğulub.
Faktla bağlı araşdırmalar aparılır.