Xocavənd rayonunun Ərəkül kəndi ərazisində insan sümükləri aşkar edilib. Bu haqda oktyabrın 17-də Report xəbər yayıb.
Sümükləri ərazidə təmir-tikinti işləri ilə məşğul olan işçilər tapıblar. Belə ki, əməkdaşlardan biri insan skeletinin hissələrinə bənzər sümüklərə rast gəlib. O, Daxili İşlər Nazirliyinə müraciət edib.
Məlumat daxil olduqdan sonra dərhal Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gedib. “Sümüklər ərazidəki yağışlardan sonra baş vermiş torpaq sürüşməsi zamanı üzə çıxıb. Sümüklər həmin yerdən toplanaraq aidiyyəti üzrə ekspertizaya təqdim olunub”, - deyə qurumdan bildirilib.