Xudat şəhərində ana və qızı göbələkdən zəhərlənib, onlardan biri ölüb. Bu barədə 9 dekabr tarixində Report məlumat verib.
Xaçmaz rayonunun Şimali kənd sakinləri, 1944-cü il təvəllüdlü Nemətova Roza Bədəl qızı və onun qızı, 1979-cu il təvəllüdlü Ağayeva Çimnaz Nemətovna göbələk turşusundan zəhərlənərək ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar.
Həkimlərin səyinə baxmayaraq, R. Nemətovanın həyatını xilas etmək mümkün olmayıb.
Ç.Agayevanın isə vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.