Göyçay rayon sakini xəstəxanada vəfat edib. Bu barədə 19 noyabr tarixində Oxu.az məlumat verib.
Rayonun Yalman kənd sakini, 1973-cü il təvəllüdlü Pəhlivan Allahverdiyev noyabrın 16-da xurma yığarkən ağacdan yıxılaraq xəsarət alıb.
O, ötən gün axşam saatlarında xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.