Mayın 17-də, saat 22:30 radələrində paytaxtın Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın nəticəsində 7 nəfər xilas olunub, 74 yaşlı Yelena Abdullayevanın meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Yanğın saat 23:23-də söndürülüb. İlkin hesablamaya əsasən, 2 mənzil və ümumi istifadədə olan eyvan 75 m² sahədə yanıb, digər mənzillər yanğından mühafizə olunub.
[URIS id=48877]